Avropa Parlamenti ruslar üçün “demokraiya pasportlarının” tətbiqini təklif edib

Zaxarova Avropa İttifaqından “demokratiya pasportu” almağı xəyanətlə müqayisə edib...

Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Avropa Parlamentinin Rusiyada mühacirətdə olan demokratik müxalifət nümayəndələrinə və vətəndaş cəmiyyəti fəallarına verilməsi planlaşdırılan “demokratiya pasportları”nın təqdim edilməsi təklifini şərh edib.

Xanım Zaxarova “demokratiya pasportları” ilə nasistlərin Almaniyadan kənarda yaşayan almanlara vətəndaşlıq verən (Folkslistlər) pasportlarla müqayisə edib və SSRİ-də “folkslistlər”in xəyanətkar olarq qəbul edildiklərini xatırladıb.

“Avropa Parlamenti “yaxşı ruslar üçün pasportların” tətbiqini təklif edib. Yəni Rusiyadan qaçanların hamısına Brüssel “demokratiyanın kiçik köməkçiləri” kimi pasportlar verəcək. Düşünürəm ki, qanunvericilərimiz Avropa Parlamentininbu təklifi təsdiq edəcəyi təqdirdə mümkün reaksiyanı verməlidirlər”, deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Telegram kanalıda yazıb.

Qeyd edək ki, “folkslist” pasportu nasist Almaniyasının hakimiyyət orqanları tərəfindən naturalizasiya prosesindən keçmiş etnik almanlara verilən və həm pasport, həm də “mənşə təmizliyi” sertifikatı rolunu oynayan xüsusi sənəd idi.

“Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının lideri Sergey Mironov isə “demokratiya pasportu” əldə edənləri Rusiya vətəndaşlığından məhrum etməyi təklif edib.

Poliqon.info