Rusiya və Şimali Koreya BMT qətnamələrini pozmaqda ittiham edilib

Cənubi Koreya, ABŞ və Yaponiya birgə bəyanat yayaraq, Şimali Koreyanı Rusiyaya sursat və hərbi texnika tədarük etməkdə ittiham edib və iki ölkə arasında mümkün əməkdaşlığı “qətiyyətlə” pisləyib...

Poliqon xəbər verir ki, bəyanat ABŞ Dövlət Departamentinin saytında dərc olunub.

Qeyd edək ki, Cənubi Koreya, ABŞ və Yaponiyanın aparıcı diplomatlarının birgə bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Şimali Koreyanın Rusiyaya silah tədarükü ilə bağlı iddiaları şayiələr adlandırmasından bir neçə gün sonra yayımlanıb. Vaşinqton, Seul və Tokio bir neçə belə təslimatı təsdiqləyən sübutlar əldə etdiklərini bildiriblər.

“Rusiyanın KXDR-dən hərbi texnika əldə etmək cəhdlərini ifşa etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə işləməyə davam edəcəyik”, deyə üç ölkənin bəyanatında vurğulanır.

Bəyanatda qeyd olunub ki, Şimali Koreyadan Rusiyaya silah ötürülməsi, habelə Şimali Koreyanın kütləvi qırğın silahları, ballistik raket və ya adi silah proqramları ilə bağlı bəzi texniki sirrlərin Rusiya tərəfindən KXDR-ə ötürülməsi BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur.

Üç ölkənin nümayəndələri vurğulayıblar ki, Rusiya Təhlükəsizlik Şurasında bu qətnamələrə səs verib.

Poliqon.info