Ukraynada Rusiyanın daha iki yüksək rütnəli zabiti öldürülüb - Foto

Rusiya ordusunun polkovniki Denis Lisov və Federal Təhlükəsizlik Xidmətinin mayoru Yevgeni Qrebenkin Ukraynada öldürülb...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Stefan öz Telegra" kanalında yazıb.

Yevgeni Qrebenkin həmçinin “Vaqner” Özəl Hərbi Şirkətinin üzvü, ehtiyatda olan mayor Sergey Bordunovskinin məhv edildiyini bildirib.

Bu günə olan məlumatga görə, son 24 saat ərzində Maryinski istiqamətində Ukrayna ordusu Rusiyanın 20-dən çox hücumunu dəf edib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, gün ərzində müxtəlif istiqamətlərdə ümumilikdə 80-ə yaxın toqquşma baş verib.

Rusiya Federasiyasının Ukraynadakı ümumi itkiləri 26 oktyabr 2023-cü il tarixinə təxminən 297 min 120-yə çatıb. Bundan əlavə, düşmənin xeyli texnikası, o cümlədən 9715 zirehli döyüş maşını məhv edilib.

Poliqon.info