Vaşinqton Ankara ilə Qara dənizlə bağlı danışıqlar aparır

ABŞ və Türkiyə NATO-nun Qara dənizdəki mövcudluğunu artırmaq üçün danışıqlar aparır...

ABŞ və Türkiyə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) gəmilərinin Qara dənizdə mövcudluğunu artırmaq üçün məsləhətləşmələr aparır.

Poliqon xəbər verir ki, bu barədə Senatın Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxış edən Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib.

“Bu, türk müttəfiqlərimizlə davam edən müzakirə mövzusudur. Türkiyə hərbi gəmilərin Qara dənizə çıxışına nəzarət edir”, deyə senatorların sualalrını cablandıran diplomat bildirib.

Ceyms O`Brayen iddia edib ki, Vaşinqton Ankaranı Moskva ilə enerji sektorunda əməkdaşlığı gücləndirməkdən çəkindirir. Bunun müqabilində ABŞ Türkiyəyə ikitərəfli münasibətləri gücləndirməyi təklif edir.

Poliqon.info