İsrail-Fələstin münaqişəsi Afrikada yeni təhlükəsizlik təhdidləri yaradır

Afrika ölkələri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda təhlükəsizlikləri üçün mənfi nəticələrdən ehtiyat edirlər...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “Foreign Policy” jurnalı məlumat yayıb.

Nəşr yazır ki, islamçı silahlı qruplar İsrailin Qəzza zolağında ictimai qınağa səbəb olan hərəkətləri fonunda Afrika ölkələrinin müsəlman əhalisinin dəstəyindən yararlana bilər. Xüsusilə Somalidəki “Əş-Şəbab” terror qruplaşması Qəzza zolağı ilə həmrəylik aksiyaları keçirib. Əlcəzair, Misir, Keniya, Mərakeş, Tunis və Cənubi Afrikada Qəzzaya dəstək nümayişləri keçirilib.

Mütəxəssislər Qəzza zolağı ətrafında mövcud vəziyyəti Liviyada və bütün Afrikada siyasi qeyri-sabitliyə, qitədə nəzarətsiz silah alverinin artmasına və Afrikada terrorun yayılmasına səbəb olan Liviya lideri Müəmmər Qəddafinin öldürülməsinin nəticələri ilə müqayisə edirlər.

Analitiklərin fikrincə, Qəzza zolağı ilə birbaşa həmsərhəd olan Misir xüsusilə həssas vəziyyətdədir.

Poliqon.info