Borrell: Macarıstanın Avropa Birliyinə üzv olmaq məcburiyyətində deyil...

Aİ diplomatiyasının rəhbəri Borrell Macarıstanın Baş naziri Viktor Orbanın Avropa İttifaqını SSRİ ilə müqayisə etməsinə cavab verib...

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell “sovet işğalı” ilə Avropa İttifaqı arasında heç bir oxşarlıq görmədiyini qeyd edərək bildirib ki, Macarıstan bu siyasi birliyin üzvü olmağa məcbur deyil.

Poliqon xəbər verir ki, Borrel “Do Rzeczy” nəşrinə Viktor Orbanın Aİ-nin SSRİ-nin uğursuz parodiyası olması barədə sözlərini belə şərh edib.

Borrelin qeyd edib ki, Macarıstan və Baş nazir Orban 1956-cı ildə baş verən hadisələri yaxşı xatırlayırlar və sovet işğalı haqqında çox şey bilirlər.

“Düzünü desəm, Budapeştin sovet tərəfindən işğalı ilə Berlamonda (Avropa Komissiyasının Brüsseldəki yeri) baş verənlər arasında heç bir oxşarlıq görmürəm. Berlamontda bir tank belə görmədim. Heç kim də Macarıstanı Aİ-nin üzvü olmağa məcbur etmir”, deyə Borrell Orbanın sözlərinə sərt reaksiya verib.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban bildirmişdi ki, Avropa İttifaqının təzyiqləri Sovet hakimiyyətinin hərəkətlərini xatırladır. O, qeyd edib ki, bu gün bəzi hadisələr sovet dövrünü xatırladır, tarix bəzən təkrarlanır. Orban iddia edir ki, Brüssel Macarıstana liberal demokratiya modelini tətbiq edir, o isə bunu rədd edir.

Poliqon.info