Ərdoğan: HAMAS terror təşkilatı deyil

“HAMAS terror təşkilatı deyil, öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan mücahid qrupudur”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyənin İsrail dövləti ilə heç bir problemi yoxdur, “lakin ölkəsi İsrailin törətdiyi vəhşilikləri və onların dövlət deyil, bir təşkilat kimi fəaliyyət göstərmələrini heç vaxt qəbul etməyəcək”.

Poliqon.info