FT: Rusiyanı tərk edən vətəndaşlar geri qayıtmağa başlayıb

Rusiyanı tərk edən vətəndaşların 15%-dən çoxu geri qayıdıb...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri Avropa Universitetləri İnstitutunun tədqiqatçılarının məlumatlarına istinadən yazır.

Avropa Universitetləri İnstitutunun təhlilinə görə, ruslar Yaxın Şərqdə vəziyyətin gərginləşməsi, eləcə də xaricdə həyat şəraitinin pisləşməsi səbəbindən geri qayıdırlar.

"Bu, şübhəsiz ki, klassik mənada iqtisadi miqrasiya deyil. Bunlar Rusiyada çox səriştəli mütəxəssis olan insanlardır, indi isə pullarını, statuslarını itirirlər... Bir çox insanlar üçün xaricdə həyat keyfiyyəti aşağı düşür", deyə tədqiqatçı İvetta Sergeeva izah edib.

2022-ci ilin oktyabrında "Forbes" Vladimir Putinin elan etdiyi qismən səfərbərlik fonunda təxminən 700 min insanın Rusiyanı tərk etdiyini yazıb. Kreml bu məlumatı yalan adlandırıb. Dekabrda Qazaxıstan Daxili İşlər Nazirliyi bildirib ki, 2022-ci ildə ölkəyə 2,9 milyon rusiyalı daxil olub.

Oktyabrın 9-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, son vaxtlar ölkəni tərk etmiş Rusiya vətəndaşlarının geri qayıtmaq bağlı heç bir təhlükə yoxdur. Ertəsi gün Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, ölkədən köçənlər arasında Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirən və ya Rusiyanı tənqid edənlər var.

Poliqon.info