Rusiya ABŞ-dan strateji sabitliklə bağlı təkliflər alıb

Rusiya ABŞ-ın Vaşinqtonun qeyri-rəsmi şəkildə çatdırdığı strateji sabitlik və silahlara nəzarətlə bağlı təkliflərini öyrənir...

Poliqon xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Rusiyanın ABŞ-dan strateji sabitliyə dair təkliflər alması ilə bağlı jurnalistlərin sualını cavablandıran Sergey Ryabkov deyib: "Bu, doğrudur. Qeyri-rəsmi formada təklif olub. Yəni, kağız üzərində, lakin qeyri-rəsmi köməkçi-memuar şəklində".

XİN rəhbərinin müavininin sözlərinə görə, indi Rusiyada ABŞ-ın təklifləri öyrənilir: "Orada yenilik yoxdur, məlum mövqedir, sadəcə bir araya gətirilib. Biz sakit şəkildə oxuyuruq və lazımi vaxtda amerikalılara cavab verəcəyik. Bunun hansı formada olduğunu söyləmək hələ tezdir", deyə Ryabkov bildirib.

Fevralın 21-də Rusiya ABŞ-ı sazişin mərkəzi müddəalarına əməl etməməkdə ittiham edərək, Strateji Hücum Silahları Müqaviləsində (START) iştirakını dayandırıb. Vaşinqton qərarı hüquqi cəhətdən etibarsız hesab edib.

Poliqon.info