BMT baş katibi: “Fələstin xalqının şikayətləri HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz”

BMT Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi HƏMAS-ın İsrailə ölümcül hücumuna haqq qazandıran ifadələrini geri götürməyə çalışır...

Antonio Quterreş bu barədə “X” hesabında paylaşım edib.

“Fələstin xalqının şikayətləri HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz”, - deyə o, paylaşımda bildirib.

“Bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına haqq qazandıra bilməz”, - deyə Quterreş əlavə edib.Xatırladaq ki, Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının İsrail və HƏMAS arasında müharibəyə həsr olunmuş iclasında HƏMAS-ın hücumunun əbəs yerə olmadığı ilə bağlı ifadə dilə gətirib. “Eyni zamanda etiraf etmək lazımdır ki, HƏMAS-ın hücumu boş yerə olmayıb”, - deyə Quterreş bildirib.

Qeyd edək ki, İsrail rəsmiləri bu fikirlərinə görə Quterreşi tənqid edib və bundan sonra BMT rəsmilərinə viza verilməsindən imtina ediblər. Bir çoxları isə Antonio Quterreşi istefaya çağırıb.

Poliqon.info