Türkiyənin hakim partiyası İsveçin NATO-ya üzvlüyü ilə bağlı məsələyə toxunub
İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyasına dair yekun qərarı Türkiyə Böyük Millət Məclisi verəcək...
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin hakim partiyası “AK Partiya”nın sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.
O qeyd edib F-16 və İsveçin terrorla bağlı mübarizəsi məsələsində müsbət irəliləmə var.
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünə dair protokolu ratifikasiya üçün parlamentə göndərib.
Poliqon.info