BQXK Vardanyan, Araik və digər separatçılara baş çəkib, onlara ailələri ilə əlaqə imkanı yaradılıb

Oktyabr ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə baş çəkib...

Bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb.

"Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələri yaradılıb. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - İlahə Hüseynova qeyd edib.

Qeyd edək ki, Davit Manukyan, Lyova Mnatsakanyan, Ruben Vardanyanla yanaşı, Qarabağdakı separatçılara başçılıq etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, qondarma "parlament"ə sədrlik etmiş Davit İşxanyan və “xarici işlər naziri” olmuş Davit Babayan da Bakıda həbsdədir.

Poliqon.info