Kreml İsrailin Rusiyanın mövqeyindən narazılığına cavab verib

Peskov: Rusiyanın İsraillə HƏMAS arasındakı münaqişədə ardıcıl mövqeyi var...

Rusiya İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasındakı münaqişədə ardıcıl mövqeyə malikdir.

Poliqon RBC-ya istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İsrail tərəfinin Moskvanın Yaxın Şərqdəki münaqişə ilə bağlı mövqeyindən narazılığına belə cavab verib.

“Biz hesab edirik ki, atəşkəsin tezliklə təmin edilməsi və problemin həllinə nail olmaq lazımdır, bunun təməli fələstinlilər üçün müstəqil dövlətin təmin edilməsi olmalıdır”, deyə Kremlin rəsmi nümayəndəsi bildirib.

Peskov Rusiya tərəfinin mövqeyinin çox ardıcıl olduğunu və Rusiya prezidenti Vladimir Putin tərəfindən dəfələrlə ifadə edildiyini vurğulayıb.

Qeyd edək ki, The Times of Israel qəzeti İsrail Xarici İşlər Nazirliyinə istinadən yazıb ki, adı açıqlanmayan israilli diplomat Rusiya nümayəndə heyəti ilə görüş keçirib və orada Moskvanın mövqeyindən narazılığını bildirib.

Qeyd edilir ki, İsrail rəsmi Moskvanın daha balanslı addım atacağına ümid edirmiş.

Poliqon.info