Tramp Orbanı “Türkiyənin böyük lideri” adlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanı “Türkiyə üçün böyük lider” adlandırıb...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşrinin məlumatında bildirilir.

“Belə bir insan var, Viktor Orban, onun haqqında eşidən varmı? O, yəqin ki, dünyanın ən güclü liderlərindən biridir. O, Türkiyənin lideridir”, deyə Tramp Nyu-Hempşirdə seçki kampaniyası nda çıxışı zamanı deyib.

Sabiq prezident əlavə edib ki, Orbanın Rusiya ilə “sərhədi” var. Ancaq nə Türkiyənin, nə də Macarıstanın Rusiya ilə sərhədi yoxdur.

Poliqon.info