ABŞ Qabonda baş verənləri çevriliş kimi tanıyıb və yardımı dayandırıb

ABŞ Dövlət Departamenti Qabonda hakimiyyətin hərbçilər tərəfindən devrilməsini dövlət çevrilişi kimi tanıyıb...

Poliqon xəbər verir ki, bu səbəbdən Vaşinqton Qabon hökümətinə yardımı dayandırıb. Bu barədə deyə Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

“ABŞ Qabonda hərbi çevrilişin baş verdiyi qənaətinə gəlib. İllik Təxsisatlar Aktının 7008-ci maddəsinə uyğun olaraq, ABŞ Dövlət Departamenti ABŞ-ın Qabon hökumətinə verdiyi əksər yardımı dayandırır”, deyə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Buna baxmayaraq, Birləşmiş Ştatlar Qabon xalqına humanitar, səhiyyə və təhsil yardımı göstərməyə davam edəcək.

Xatırladaq ki, avqust ayında Qabonda prezident seçkiləri keçirilib və nəticədə 64 yaşlı Əli Bonqo Ondimba üçüncü dəfə qalib gəlib. Avqustun 30-da hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər və Ondimba ev dustaqlığında nəzarət altına alınıb. Sentyabrın 4-də Bris Oliq Nguema ölkənin keçid prezidenti kimi and içib.

Poliqon.info