Təhsil idarəsində 114 min manatlıq mənimsəmə - İş məhkəmədə

Qarabağ Regional Təhsil İdarəsinin mühasibi Böyükkişi Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Poliqon.info teleqraf.com-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mikayıl Məmmədzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, Böyükkişi Abbasovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Böyükkişi Abbasovun Bərdə rayonunda yerləşən orta məktəblərin əmək müqaviləsinə xitam verilən, habelə hazırda çalışan işçilərinin adına qanunsuz olaraq rəsmiləşdirdiyi ödənişləri özünə məxsus bank kartına köçürməsinə və bununla da, ümumilikdə 114 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib. 

Poliqon.info