"Real"dan Modriç açıqlaması

"Real"ın baş direktoru Xose Anxel Sançes yarımmüdafiəçisi Luka Modriçin klubu tərk edəcəyi barədə məlumatlar haqda danışıb.

Poliqon.info qol.az-a istinadən xəbər verir ki, daha əvvəl Modriçin bu qış Madrid təmsilçisindən ayrılacağı və və Səudiyyə Ərəbistanından bir komandaya keçəcəyi bildirilirdi. 

Klub rəsmisi isə bu məlumatları təkzib edib: "Lukanın yanvar ayında Səudiyyə Ərəbistanı klublarından birinə transfer olunması ilə bağlı heç bir rəsmi danışıq aparılmayıb. Hazırda onun komandadan getməsi ilə bağlı heç bir fikrimiz yoxdur".

Xatırladaq ki, daha əvvəl 38 yaşlı yarımmüdafiəçi fiziki cəhətdən özünü yaxşı hiss etdiyi üçün "Real"ın tərkibində daha çox oynamaq istədiyini bildirmişdi. Bununla belə, o, vəziyyəti olduğu kimi qəbul etdiyini qeyd edib.

Poliqon.info