Ermənistan hələ ki, Rusiyanın danışıqlar platformasından imtina etməyib

Ermənistan hələ ki, Rusiyanın danışıqlar platformasından imtina etməyib və bu platformada görüşlər baş tuta bilər...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan bildirib.

Koçaryan həmçinin xatırladıb ki, bu yaxınlarda erməni deputatlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində keçirilən görüşdə də iştirak ediblər.

“Hazırda biz KTMT-nin üzvü olduğumuz üçün bu platformadakı toplantılarda həmişə iştirak edirik. Bu platformalarda bizi maraqlandıran suallara, aydınlıq gətirilir”, deyə deputat qeyd edib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan münasibətləri bu gün İranda “3+3” platformasında da müzakirə olunacaq.

Xatırlaadq ki, Ermənistan son zamanlar KTMT-nin təlimlərində iştirak etməkdən imtima edir. İrəvana görə hərbi blok Ermənistana qarşı öz öhdəliklərini yerinə yetirmir.

Poliqon.info