Filippin Çini “təcavüzkar” adlandırıb

Filippin Çini “təcavüzkar” adlandıraraq, Pekini Cənubi Çin dənizində"gərginliyin artmasında ittiham edib...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, Filippinin Xarici İşlər Nazirliyinin sözçüsü Teresita Daza, bazar günü , Çin sahil mühafizəsi gəmisi ilə Manilaya aid olan qayıq arasında baş verən toqquşmanı şərh edərkən bilidirib ki, b”u kimi bütün hadisələr təcavüzkarın Filippin deyil, qarşı tərəfin, yəni Çinin olduğunu sübut edəir”.

Filippin prezidenti Ferdinand Marcos bazar ertəsi günü təhlükəsizlik iclası keçirərək “Çin tərəfindən törədilən son pozuntu”nu müzakirə edib və sahil mühafizəsinə “hökumətin ən yüksək səviyyələrində ciddi qəbul edilən” hadisəni araşdırmağı əmr edib.

Qeyd edək ki, Çin və Filippin arasında gərginlik Pekinin aqressiv davranışından şikayətlənən və ənənəvi müttəfiqi ABŞ-la daha sıx əlaqələr axtaran prezident Markosun dövründə yenidən başlayıb.

Manila və Pekin arasında dəniz qarşıdurmaları Cənubi Çin dənizində adi hala çevrilib, çünki hər iki ölkənin strateji sularda ərazi iddiaları var.

Poliqon.info