74 yaşlı dizayner: Gəncliyimin sirri araq və dönərdir...

Çin əsilli amerikalı gəlinlik dizayneri Vera Vanq gənc görünüşünün sirlərini açıqlayıb...

Poliqon xəbər verir ki, Vera Vanq bu mövzuda “Page Six” nəşrinə müsahibəsində danışıb.

Jurnalistlər 74 yaşlı məşhurla Nyu-Yorkda baş tutan DKMS Qala gecəsində danışıblar. Söhbət zamanı modelyer “McDonald's” restoranı da daxil olmaqla müntəzəm olaraq “fast food” yediyini bildirib.

“Hər gün dönər və başqa “fast food” yeməkləri sifariş edirəm, amma iki həftədən sonra sağlam yeməklər yeyirəm”, deyə məşhur dizayner bildirib.

Vera Vanq qeyd edib ki, “fast food” yeməklərlə araq içir və bu da onun gənc qalmasına kömək edir.

Poliqon.info