Bütün dünyada ultra varlılardan vergi toplamaq istəyirlər...

Avropa İttifaqı fövqəladə zənginlərə qlobal vergi tətbiqindən əldə edilən gəliri 250 milyard dollar qiymətləndirir...

Poliqon xəbər verir ki, Avropa İttifaqının Vergi Müşahidə Qrupu ultra zənginlərə iki faizlik qlobal vergi təklif edib ki, bu da təxminən 250 milyard dollar cəlb edə bilər. Tədqiqat mərkəzi öz hesabatında qeyd edir ki, bu məbləğin toplanılması üçün bütün dünya üzrə 2750 milyarderin gəlirinə minimum vergi tətbiq olunmalıdır. Lakin bu tətbiqin həyata keçirilməsi illər çəkə bilər.

Qeyd edək ki, analoji vergi artıq iri transmilli şirkətlərdən də alınır. Təşəbbüsün müəllifləri hesab edir ki, milyarderlərdən də eyni şeyi tələb etməyin vaxtı çatıb. Təşkilat vurğulayır ki, hazırda varlıların sərvətlərindən yalnız 0 faizindən (məsələn, Fransa) 0,5 faizə (ABŞ) qədər vergi tutulur.

Tədqiqatçılar qeyd edirlər ki, milyarderlərin şəxsi vergiləri çox vaxt aşağı gəliri olan digər vergi ödəyicilərinin ödədiyi vergilərdən xeyli aşağı olur. Bunun səbəbi, zənginlərin gəlirlərini vergidən yayınmalarına kömək edən qabıq şirkətlərdə saxlaya bilmələridir.

Poliqon.info