HƏMAS yaraqlılarılarının üzərindən kimyəvi silah istehsalı üçün təlimat tapılıb

İsrail prezidenti İshak Hersoq kimyəvi silah istehsalına dair təlimatların HƏMAS qruplaşmasının yaraqlıları arasında tapıldığını bildirib...

Poliqon xəbər verir ki, prezident bu barədə Sky News telekanalının müxbirlərinə diaqramlarla dəstəklənən sənədləri göstərib.

“Bu, “Əl-Qaidə”nin materialıdır. Biz İŞİD, “Əl-Qaidə” və HƏMAS-la məşğul oluruq. Biz İŞİD, “Əl-Qaidə” və HƏMAS-la mübarizə aparırıq. Sianiddən istifadə edərək qeyri-peşəkar kimyəvi silahların işlədilməsi və yaradılması ilə bağlı təlimatlara baxanda vəziyyətin necə də şokedici olduğu görünür”, deyə İshak Hersoq bildirib.

Hersoq İsrail ordusunun 1100 sakinin təxminən 20%-nin öldürüldüyü və ya qaçırıldığı Kibbutz Beeridə öldürülən yaraqlının cəsədinin üzərində bu materialın tapdığını bildirib.

Poliqon.info