Qubada iki minik avtomobili toqquşub, 2 nəfər ölüb - Foto

Quba rayonunun Qəçrəş kəndi ərazisində “İnfiniti” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub...

APA-nın Şimal bürosu xəbər verir ki, qəza nəticəsində 2 nəfər - Rzayev İlkin Şahin oğlu və Salmanov Sübhan Şəhriyar oğlu hadisə yerində ölüb.

Minik avtomobillərinin toqquşması nəticəsində Arif Heydərov və Yaşar Sultanov isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info