BMT Baş katibi və Aİ rəsmiləri Qəzzadakı vəziyyəti müzakirələr ediblər- Video

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Qahirədə keçirilən sülh konfransı çərçivəsində Aİ Şurasının Prezidenti Şarl Mişel, Aİ-yə sədrlik edən İspaniya Baş naziri Pedro Sançez və BMT Baş katibi Antonio Quterreş ilə Qəzzadakı vəziyyəti müzakirə edib.

Jozep Borrel bu barədə “X” hesabında paylaşım edib.

“Qəzza zolağında mülki əhalinin ehtiyaclarını ödəyən yardımın davamlı şəkildə çatdırılmasına təcili ehtiyac var”, deyə Borrel paylaşımda bildirib.

Poliqon.info