İsrailin Cənubi Kiprdəki səfirliyi yaxınlığında partlayış olub

İsrailin Cənubi Kiprdəki səfirliyi yaxınlığında partlayış olub...

“Report” “Cyprus Mail”ə istinadən xəbər verir ki, partlayış bu gün səhər saatlarında Nikosiyada (Lefkoşada) baş verib.

Ehtimal olunur ki, partlayıcı qurğu işə salınıb.

Polis artıq 17-21 yaşlarında olan 4 nəfəri saxlayıb. İlkin məlumatlara görə, onların hamısı Suriyadan Kiprə gəlib.

Yerli KİV hadisə nəticəsində xəsarət alan olmadığını bildirib. Az gücə malik partlayıcı qurğu səfirliyin girişindən 30 metr aralıda işə salınıb.(report)

Poliqon.info