Türkiyə Futbol Federasiyası Bakını yox, Ər-Riyadı seçdi

Türkiyə Super Kuboku uğrunda oyununun keçiriləcəyi ölkə müəyyənləşib.

Son çempion “Qalatasaray”la kubokun qalibi “Fənərbağça” arasındakı matç Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunacaq. Məlumatı Türkiyə Futbol Federasiyası (TFF) yayıb.

Matç dekabrın 30-na təyin edilib. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.Qeyd edək ki, görüşün Bakıda təşkil ediləcəyi ilə bağlı xəbərlər var idi. Lakin TFF prezidenti Mehmet Büyükekşi son açıqlamasında Səudiyyə Ərəbistanı variantının daha qazanclı olduğunu bildirmişdi.(oxu.az)

Poliqon.info