Tovuzda ər arvadı bıçaqlayıb

Tovuzda bıçaqlanma hadisəsi olub...  

"Report" xəbər veri ki, hadisə Tovuz rayonunun Əyyublu kəndində fərdi yaşayış evində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Malik Mirzəyev qısqanclıq zəminində əlində olan mətbəx bıçağı ilə arvadı - 2000-ci il təvəllüdlü Tükəzban Mirzəyevanı vuraraq ona qarın boşluğuna işləyən bıçaq yarası və sağ bazunun tış hissəsinin kəsilmiş bıçaq yarası xəsarətlərini yetirib.

Faktla bağlı Tovuz RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Poliqon.info