Latviya Baltik dənizini rus gəmiləri üçün bağlaya bilər

Baltik dənizi Rusiya gəmiləri üçün bağlana bilər, bu, qaz infrastrukturuna dəyən ziyanla bağlı aparılan araşdırmanın nəticələrindən asılıdır...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, belə bir bəyanatla Latviya prezidenti Edqars Rinkeviç çıxış edib.

“Əgər hansısa bir təsdiqləmiş məsuliyyət Rusiya üzərində qalarsa Baltik dənizini bütün Rusiya gəmiləri üçün bağlayacağımız məsələsi müzakirə olunacaq”, deyə Latviya prezidenti bildirib.

Edqars Rinkeviç həminin qeyd edib ki, bu cür müzakirələr hazırda aparılmır, çünki araşdırmanın konkret nəticələrini gözləmək lazımdır. Latviya prezidenti dəqiqləşdirib ki, hazırda uyğun addım Baltikyanı ölkələrdə NATO patrullarının gücləndirilməsidir.

Bundan əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “Balticconnector” qaz kəməri ilə bağlı insidenti NATO infrastrukturuna hücum adlandırmışdı. Onun sözlərinə görə, baş verənlər “ekoloji qəza” deyil.

Qeyd edək ki, oktyabrın 8-də Finlandiya ilə Estoniya arasında qaz sızması səbəbindən qaz kəməri bağlanıb. Finlandiya daha sonra sızmanın səbəbinin xarici təsirlərlə bağlı olduğunu bildirib.

Poliqon.info