Lənkəranda balıq tutan şəxsi cərəyan vuraraq öldürüb

Yüksək gərginlikli elektrik xətləri altında balıq tutan Lənkəran sakinini cərəyan vurub...

APA - nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Şəhər sakini, 1996-cı il təvəllüdlü Fərid adlı şəxs, ərazidən keçən 11 metr hündürlükdə yüksək gərginlikli elektrik cərəyanının altında, Girdəniçayda balıq tutmaq istəyib.

Bu zaman onu elektrik cərəyanı vurub və çaya düşüb. O, aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə FHN- nin Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info