İsraildə ölən və itkin düşən xarici ölkə vətəndaşlarının siyahısı açıqlanıb

HƏMAS-ın hücumları nəticəsində İsraildə ölən və itkin düşən xarici ölkə vətəndaşlarının siyahısı açıqlanıb...

“Report” xəbər verir ki, bu barədə “Newsru.co.il” məlumat yayıb.

Oktyabrın 20-də dərc olunan siyahıda bildirilib: ABŞ-nin 32 vətəndaşı ölüb, 8-i itkin düşüb, Ukraynanın 24 vətəndaşı ölü, 3-ü itkin, Fransa 22 ölü, 4 itkin, Rusiya 21 ölü, 7 itkin, Argentina 19 ölü, 7 itkin, Tailand 15 ölü, 10 itkin, Almaniya 12 ölü, 7 itkin, Böyük Britaniya 12 ölü, 3 itkin.

Siyahıda İsraildə ölən xarici ölkə vətəndaşları siyahısında daha 28 ölkənin, o cümlədən Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Çin və Macarıstanın da adları var.

Poliqon.info