Devrilmiş prezident qaçmağa çalışıb

Nigerin devrilmiş prezidenti Məhəmməd Bazum ev dustaqlığından qaçmağa çalışıb...

Poliqon Le Monde nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkədə hakimiyyəti ələ keçirmiş qüvvələrin nümayəndəsi, polkovnik-leytenant Amadu Abdraman bildirib.

Onun sözlərinə görə, oktyabrın 19-na keçən gecə Məhəmməd Bazum ailəsi, iki aşpaz və iki təhlükəsizlik əməkdaşı ilə təhlükəsizlik qüvvələrindəki şəriklərinin köməyi ilə avtomobillə Niamey şəhərinin kənarına getməyi və sonra vertolyotla qonşu Nigeriyaya uçamğı planlaşdırıb.

Qeyd edək ki, iyulun 26-da Niger prezidenti Məhəmməd Bazum və həyat yoldaşı Prezident Qvardiyası tərəfindən saxlanılıb. İyulun 26-dan 27-nə keçən gecə Silahlı Qüvvələr ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.

Devrilmiş prezident, həyat yoldaşı və oğlu ilə birlikdə paytaxt iqamətgahında saxlanılır.

Poliqon.info