Aİ Kiyevə müharibə başlayandan bəri 90 milyard avro yardım edib

“Avropa İttifaqı (Aİ) Ukraynaya müharibə başlayandan bəri təxminən 90 milyard avro məbləğində yardım edib”...

Bu barədə Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen Vaşinqtonda Hudson İnstitutunda çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, köçürülən yardımın 27 milyardı silahdır.

“Biz onların tərəfində möhkəm dayanmalıyıq”, - deyə Lyayen əlavə edib.

AK rəhbəri, həmçinin bildirib ki, Avropa İttifaqı Ukraynanı silahla təmin etməyə davam etməlidir. O qeyd edib ki, bunun üçün hərbi sənayeni genişləndirmək və silah istehsalını artırmaq lazımdır.“Biz artıq bunu etməyə başlamışıq və hesab edirəm ki, biz bunu ABŞ ilə əməkdaşlıqda etməliyik”, - deyə o vurğulayıb.

Bu arada ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni yardım paketi hazırlayır. ABŞ lideri bunun üçün ölkə Konqresindən 60 milyard dollar ayrılmasını xahiş etmək istəyir.

Poliqon.info