Dondurma istehsalçısı Baydenə rəqib olmaq istəyir

Dondurma şirkəti "Talenti Gelato"nun yaradıcılarından biri, demokrat konqresmen Din Fillips ABŞ przidentliyinə namizəd olmaq istəyir...

Poliqon xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin istinad etdiyi konqresdəki mənbələrə görə, konqresmen artıq Nümayəndələr Palatasındakı həmkarlarına prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırdığını açıqlayıb.

Nəşr qeyd edir ki, Fillips öz seçki kampaniyasının böyük hissəsini müstəqil şəkildə maliyyələşdirə bilər. "Politico" yazır ki, konqresmen qərarını tələsdirməli olacaq, çünki o, Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürən ikinci ştat olan Nevada ştatında seçki bülletenində iştirak etmək üçün son tarixi artıq qaçırıb.

Bununla belə, siyasətçi öz praymerizlərini keçirəcəyi gözlənilən Nyu-Hempşirə diqqət yetirə bilər. "Politico" qeyd edir ki, Fillips orada güclü uğur qazana bilməz. Çünki burda Bayden kimi ciddi rəqib var.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Bayden artıq yenidən seçilmək niyyətində olduğunu açıqlayıb. Onunla yanaşı sabiq prezident Donald Tramp da iddiasını ortaya qoyub.

Poliqon.info