Avropa İttifaqı indiyədək Ukraynaya nə qədər yardım edib?

Müharibə başlayandan bəri Avropa İttifaqı Ukraynaya təxminən 90 milyard avro yardım edib ki, bunun da 27 milyard avrosu silah və sursat təchizatıdır...

Poliqon xəbər verir ki, bunu Vaşinqtondakı Hudson İnstitutunda çıxışı zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

"Biz artıq Ukraynaya təxminən 90 milyard avro yardım köçürmüşük ki, bunun da 27 milyardı silah və sursat üçün olub. Nə qədər lazımdırsa, onların yanında möhkəm dayanmalıyıq. Biz Ukraynanı silahla təmin etməliyik", deyə o, hərbi sənayenin genişləndirilməsi və qurulmasının zəruriliyini qeyd edib.

Avropa Komissiyasının rəhbəri həmçinin Rusiyaya qarşı sanksiyaları artırmağa çağırıb və onların əbədi olaraq qalacağını bildirib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden də Kiyevə yardımın lazım olduğu müddətcə davam edəcəyini bildirib. ABŞ lideri qeyd edib ki, ölkəsi və müttəfiqlər Ukraynanı maliyyələşdirməkdən imtina etməyəcəklər.

Ukrayan lideri Volodimir Zelenski isə İsrail məsələsinə görə ABŞ-dan yardım ala biləməkdən narahatdır.

Poliqon.info