Şəhid Seymur Sərxoşovun şəhadətə ucaldığı gündən üç il ötür

Bu gün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Sərxoşov Seymur Ramiz oğlunun şəhadətə ucaldığı gündən üç il ötür...

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirakı ilə Sərxoşov Seymurun və digər Şəhidlərin məzarları ziyarət olunmuş, qəbirüstü abidələri önünə gül dəstələri qoyulmuşdur. Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

Poliqon.info