AQTA Fransa məhsullarına qarşı məhdudiyyət qoydu... - Səbəb?

AQTA-nın yaydığı məlumatda görə, Fransadan gətirilən qida məhsullarına məhdudiyyət tətbiq olunacaq...

İqtisadçı-ekspert: “AQTA-nın bu addımını ölkəmizin birmənalı şəkildə Fransa məhsullarına qarşı sanksiya tətbiq etməyə başlaması kimi qiymətləndirə bilmərəm”.

“Fransanın Azərbaycandakı iqtisadi maraqları ilk növbədə onun özü üçün daha önəmlidir”.

Bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov AQTA-nın Fransadan ölkəmizə idxal olunan məhsullarla bağlı qəbul etdiyi qərarı Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, AQTA-nın yaydığı məlumatda bildirilir ki, 2023-cü il 1 noyabr tarixindən etibarən təsdiq üçün müraciət etməyən Fransa müəssisələrindən ölkəmizə yüksək riskli qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaq.

Bu addımı Parisin ermənipərəst siyasətinə qarşı Azərbaycan hökümətinin Fransaya qarşı ilkin sanksiyaları kimi dəyərləndirmək olarmı?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Pərviz Heydərov ilə müzakirə edib.

Pərviz Heydərov: “Azərbaycan hökumətinin bu qərarı Fransaya qarşı bir sanksiya kimi birmənalı olaraq dəyərləndirilə bilməz”.

Azərbaycan tərəfi olaraq bizim Fransaya qarşı onların hakimiyyətinin mövqeyinə əsasən iqtisadi, ticari məhdudiyyətlər tətbiq edəyimizi gözləməyən ekspert Poliqon-a bildirib ki, Fransa Azərbaycandakı iqtisadi maraqlarını qorumağa məhkumdur:

“Mən AQTA-nın bu addımını ölkəmizin birmənalı şəkildə Fransa məhsullarına qarşı sanksiya tətbiq etməyə başlaması kimi qiymətləndirə bilmərəm. Amma ümumiyyətlə, AQTA-nın verdiyi məlumat ümumi bir nəzarət mexanizmini ehtiva edir. Bu digər ölkələrin də ölkəmizə ixrac etdiyi qida məhsullarına da şamil olunmalıdır və olunur.

Bir daha təkrar edirəm ki, Azərbaycan hökumətinin bu qərarı Fransaya qarşı bir sanksiya kimi birmənalı olaraq dəyərləndirilə bilməz. Ümumiyyətlə, Fransanın Azərbaycandakı iqtisadi maraqları ilk növbədə onun özü üçün daha önəmlidir. Fransanın özü Azərbaycanla iqtisadi əlaqələrə, qarşılıqlı ticarət münasibətlərinə birinci növbədə özü önəm verməlidir.

Mən güman etmirəm və gözləmirəmdə ki, Azərbaycan tərəfi olaraq biz Fransaya qarşı onların hakimiyyətinin mövqeyinə əsasən iqtisadi, ticari məhdudiyyətlər tətbiq edək. Fransa Azərbaycandakı iqtisadi maraqlarını qorumağa məhkumdur”.

Nərminə UMUDLU Poliqon.info