Məktəb rəhbərliyi şagirdləri pirə aparıb, “dilək ağacı” ətrafında fotosunu çəkib - Foto

Qazax rayonunda məktəb şagirdləri pirə aparılıblar...

Bu barədə Qazax rayonunun Cəfərli kənd tam orta məktəbinin “Facebook” səhifəsində paylaşım edilib.

Belə ki, məktəb şagirdləri rayondakı pirlərdən birinə aparılıb və “dilək ağacı” ətrafında onların fotosu çəkilib.

Edilən paylaşım müzakirələrə səbəb olub.

Məsələ barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qazax rayon Cəfərli kənd tam orta məktəbi tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib:

“Həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yanlışlıqla məktəbin rəsmi “Facebook” səhifəsində paylaşılıb”.

Poliqon.info