Böyük Britaniyanın Baş naziri İsrailə gəlib

Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrailə səfər edib...

Poliqon xəbər verir ki, bu barədə Sky News telekanalıməlumat yayıb.

Telekanalın məlumatına görə, Baş nazir israilli həmkarı Benyamin Netanyahu və ölkə prezidenti İsaak Hersoqla danışıqlar aparacaq.

Sunakın iki günlük turu çərçivəsində daha hansı ölkələrə səfər edəcəyi dəqiqləşdirilməyib.

Qeyd edək ki, oktyabrın 18-də ABŞ prezidenti Co Bayden İsrailə rəsmi səfərdə olub.

Poliqon.info