Britaniyanın Baş naziri İsraildə səfərdədir - Yenilənib

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İsraildə səfərdədir...

"Report" xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

***

Bu gün Böyük Britaniyanın Baş naziri Rişi Sunak regiona ikigünlük səfəri çərçivəsində İsrailə gələcək.

“Report” xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Səfər çərçivəsində Sunak israilli həmkarı Benyamin Netanyahu və Prezident İsxak Hersoq ilə görüşəcək, daha sonra regionun digər paytaxtlarına yollanacaq.

İsrailin “Haaretz” qəzeti qeyd edib ki, Sunakın səfəri İsrail hakimiyyətinin Qəzza zolağına humanitar yardımın çatdırılmasına icazə verəcəyinə dair verdiyi zəmanətlər sayəsində mümkün olub.

Poliqon.info