Türkiyə Yaxın Şərqdəki münaqişəyə müdaxilə etməyə hazırlaşır?

Türkiyə Yaxın Şərqdəki münaqişəyə müdaxilə etməyə hazırlaşmır...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Ankaranın münaqişəyə müdaxiləyə hazırlığı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Türkiyə Prezident Administrasiyası bu məlumatın ölkənin bir sıra müxalifət mediasında yayılmasını təxribat adlandırıb.

“Bu, Ankaranın gərginliyin başlanğıcından bəri nümayiş etdirdiyi vasitəçilik səylərinə kölgə salmaq üçün nəzərdə tutulmuş mütləq təxribat cəhdləridir. Ankaran Prezidentin timsalında vasitəçilik səyləri bundan sonra da davam edəcək”, deyə mənbə qeyd edib.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub.

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağdakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.

Poliqon.info