Lavrov xəbərdarlıq edib: Risk böyükdür...

Rusiyanən xarici işlər naziri Fələstin-İsrail münaqişəsinin regional münaqişəyə çevrilməsi riski barədə xəbərdarlıq edib...

Sergey Lavrov: “İsrail və Fələstin arasında münaqişənin regional münaqişəyə çevrilməsi riski yüksəkdir”.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Diplomat qeyd edib ki, bir sıra ölkələrin bütün məsuliyyəti İranın üzərinə atmaq cəhdləri kifayət qədər təxribat xarakterlidir.

Lavrovun sözlərinə görə, İran kifayət qədər məsuliyyətli, balanslı mövqe tutur və əksinə, bu münaqişənin bütün Yaxın Şərq və qonşu ölkələrə yayılmasının qarşısını almağa çağırır.

Poliqon.info