Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

Kanada Xarici İşlər Nazirliyi İrana qarşı yeni sanksiyalar elan edib...

Kanada hakimiyyəti nüvə sazişi ilə bağlı məhdudiyyətlərin müddəti bitdikdən sonra İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Qeyd edək ki, İranın raket proqramına görə BMT-nin tətbiq etdiyi sanksiyalar oktyabrın 18-də başa çatıb. Kanada Xarici İşlər Nazirliyi bildirib ki, İranın nüvə və raket proqramları ilə bağlı narahatlıqlar qaldığı üçün Ottava ABŞ, Böyük Britaniya və Aİ ilə koordinasiya içində Tehrana təzyiq göstərməyə davam edəcək.

Qeyd edilir ki, İranın nüvə proqramlarında iştirak edən, dəstəkləyən, yardımçı və ya maliyyələşdirən 18 şəxs və 56 təşkilata qarşı yeni sanksiyalar tətbiq edilir.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, sanksiyalar həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və əlaqədar təşkilatların indiki və keçmiş yüksək vəzifəli məmurlarını da hədəf alır.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın İran və nüvə silahının yayılmaması ilə bağlı sanksiya siyahısına İrandan on nəfər və səkkiz hüquqi şəxsi əlavə etdiyi bildirilib.

Poliqon.info