Misir Qəzzaya humanitar yardımın çatdırılmasına nəzarət edəcək

Misir BMT və Qızıl Aypara ilə birlikdə Qəzza zolağına humanitar yardımın çatdırılmasına nəzarət edəcək...

Bu barədə oktyabrın 18-də Misir Xarici İşlər Naziri Sameh Şükri məlumat verib.

“ Biz BMT və Misir Qızıl Aypara Cəmiyyəti (QAC) ilə birlikdə yardımın çatdırılmasına nəzarət edəcəyik”, - deyə o, bildirib.

Həmçinin qeyd olunub ki, İsrail Misir vasitəsilə Qəzza zolağına humanitar yüklərin çatdırılmasına icazə verib.(oxu.az)

Poliqon.info