Pakistan “Ababeel” ballistik raketini uğurla sınaqdan keçirib

Pakistan “Ababeel” (Əbabil) orta mənzilli ballistik raketini uğurla sınaqdan keçirib...

APA xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Sınaqlar regionda strateji sabitliyi gücləndirmək üçün nəzərdə tutulub. “Ababeel” raketinin texniki parametrlərini araşdırılıb”, - deyə qeyd olunub.

“Ababeel” qonşu Hindistanda raketlərin inkişafına cavab olaraq hazırlanıb.

Onun uçuş məsafəsi 2200 kilometrə qədərdir.

Poliqon.info