ÜST Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı razılığı alqışlayıb

Ümumdünya Səhiyyə Təşkilatı Qəzzaya humanitar yardımın çatdırılması üçün razılığın əldə olunmasını təqdir edib...

APA xəbər verir ki, bununla bağlı ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus "X" hesabında paylaşım edib.

"Biz ABŞ rəhbərliyi və İsrail arasında Misir üzərindən Qəzzaya qida, su və tibbi yardım icazəsi verməsi ilə bağlı razılığı alqışlayırıq. Çoxlarının həyatı bundan asılıdır. ÜST və tərəfdaşları şənbə günündən bəri xilasedici ləvazimatları çatdırmağa hazırdırlar", - paylaşımda qeyd olunub.

Poliqon.info