Putin ABŞ-nin Ukraynaya yeni raket və tanklar verməsinə münasibət bildirib - Yenilənib

“Ukraynaya ATACMS raketlərinin verilməsi ABŞ-ın növbəti səhvidir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin oktyabrın 18-də deyib.

O bildirib ki, ATACMS ballistik raketlərinin tədarükü Ukraynanın ziyanınadır: “Bu, Ukraynaya zərər verir və əlavə təhlükə yaradır. Lakin Rusiya bu hücumları dəf edəcək”.

V.Putinin sözlərinə görə, ATACMS raketləri təmas xəttindəki vəziyyəti kökündən dəyişməyəcək: “Sadəcə olaraq ABŞ uzaqmənzilli raketlərin tədarükü ilə Ukraynadakı müharibəyə daha çox cəlb olunur”.

Rusiya lideri deyib ki, Qərbin Ukrayna ilə bağlı mövqeyi bir qədər dəyişib və bu, düzgündür. Onun sözlərinə görə, müharibə danışıqlar yolu ilə həll edilməlidir.

***

ABŞ Ukraynaya 20-yə yaxın ATACMS taktiki ballistik raketi verib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Bildirilib ki, Ukrayna həmin silahların Rusiya ərazisində istifadə olunmayacağına söz verib.

Qeyd olunub ki, sözügedən raketlərin Rusiya ərazisində istifadə olunması nəticəsində Moskva “qırmızı xətləri” keçə bilər ki, bu da müharibənin daha da genişlənməsinə səbəb olar.

Bundan başqa, qeyd olunub ki, ABŞ Ukraynaya “Leopard 2A6”, “Leopard 2A5” və “Leopard 1A5” tanklarını təhvil verib.

Poliqon.info