Borrell: Biz HƏMAS-a görə Qəzza əhalisini məsuliyyətə cəlb edə bilmərik

Bu gün Aİ parlamentdəki çıxışlar və video konfranslar zamanı İsrail və HƏMAS arasında inkişaf edən münaqişə ilə bağlı Birlik daxilində daxilində fikir ayrılıqlarını diqqəti cəlb edib...

Poliqon xəbər verir ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İsrailin HƏMAS-ın nəzarətində olan Qəzza zolağındakı 2,3 milyon fələstinlinin hamısına təsir edən cavabının miqyası ilə bağlı daha sərt bir ton alıb.

“Bəli, biz bu dəhşətli terror hücumlarını pisləyirik, lakin mən hesab edirəm ki, biz mülki vətəndaşların itkiləri faktını da pisləməliyik”, deyə Borrell Avropa Parlamentində deyib.

“Suyun kəsilməsi və mülki əhaliyə ərzaq tədarükünün dayandırılması qanuna ziddir”, deyən Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, “HƏMAS-ın dəhşətli hərəkətlərinə görə Qəzzə xalqını məsuliyyətə cəlb edə bilmərik”.

Poliqon.info