İraqda ABŞ bazasına hücumun qarşısı alınıb

ABŞ ordusu İraqdakı hərbi bazasına PUA-nın hücumunun qarşısını alıb...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

“ABŞ ordusu çərşənbə günü səhər tezdən İraqdakı qüvvələrini hədəf alan hücumun qarşısını alıb, iki pilotsuz uçuş aparatı vurulmadan ələ keçirilib”, deyə mənbə bildirib.

Adının açıqlanmasını istəməyən rəsmilər hücumda kimin şübhəli bilindiyini söyləməkdən imtina edib. Bu, Vaşinqtonun İsrail-HƏMAS müharibəsi ilə bağlı bölgədə artan gərginlik fonunda İranın dəstəklədiyi qrupların fəallığına qarşı həyəcanlı vəziyyətdə olduğu bir vaxtda baş verib.

Rəsmilər bildiriblər ki, birtərəfli hücum pilotsuz təyyarələri İraqın Amerika hərbçilərinin yerləşdiyi Əl Əsəd hava bazasına zərbə endirməyə cəhd edərkən ələ keçirilib. İnsident Qəzza xəstəxanasına edilən hücum nəticəsində yüzlərlə fələstinlinin ölümündən bir neçə saat sonra baş verib.

Poliqon.info