Britaniya Qəzzada xəstəxanaya edilən hücumu araşdırır

Britaniya Xarici İşlər Naziri Kleverli: London Qəzzada xəstəxanaya edilən hücumu araşdırır...

Böyük Britaniya Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən hücumla bağlı öz araşdırmasını aparacaq.

Poliqon The İndependent qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ceyms Kleverli deyib.

"Böyük Britaniya müttəfiqlərimizlə birlikdə nə baş verdiyini öyrənmək və Qəzzada günahsız mülki insanları qorumaq üçün çalışacaq", deyə nazir bildirib.

Kleverli həmçinin qeyd edib ki, Böyük Britaniya üçün insan həyatının qorunması xarici siyasətdə fundamental prioritetdir.

Poliqon.info