Makron Avropada təhlükəsizlik vəziyyətinin pisləşməsinə görə İsveç səfərini təxirə salıb

Fransa prezidenti Emmanuel Makron Avropada təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar İsveçə gələn həftə planlaşdırılan dövlət səfərini təxirə salıb...

Poliqon xəbər verir ki, bu barədə TF1 telekanallməlumat yayıb. Telekanalın əldə etdiyi məlumata görə, Makronun oktyabrın 24-25-də baş tutmalı olan İsveç səfəri İsraillə Fələstin arasında münaqişənin gərginləşməsi, Brüsseldəki terror aktı və Fransada təhlükəsizlik vəziyyətinin pisləşməsinə görə baş tutmayacaq.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makronun yaxın vaxtlarda İsrailə səfər edəcəyi bildirilirdi.

Qeyd edək ki, Arrasdakı məktəbə hücumla bağlı insidentdən sonra Makron departament prefektlərindən ölkədən qovula biləcək radikalların fayllarını öyrənməyi tapşırıb. Reydlərin və arxa plan yoxlamalarının məqsədi bütün xarici radikal vətəndaşları müəyyən etmək və lazım gələrsə, onları Fransadan çıxarmaqdır. Regional hakimiyyət orqanları insanlar, eləcə də onların radikallaşma dərəcəsi haqqında məlumat toplamalıdır.

Eyni zamanda Brüsseldə keçirilən Belçika - İsveç oyunundan əvvəl bir nəfər insanlara atəş açıb, nəticədə iki isveçli azarkeş həlak olub.

Poliqon.info